Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:52

Elçin Behbudov Hacı Məmmədovla görüşüb


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında olub. Bu barədə APA-ya məlumat verən komitə sədri orada Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin qətlində təqsirləndirilərək həbs edilmiş Aydın Rəfiyevlə görüşdüyü söyləyib: “Aydın Rəfiyev saxlanmadan heç bir şikayət etmədi”.

Onun sözlərinə görə, A. Rəfiyev generalın qətlində günahlandırıldığını söyləsə də, bu işdə təqsirkar olmadığını deyib. Komitə sədri onun yaddaşının itməsindən şikayətləndiyini də qeyd edib.

E. Behbudov MTN-in İstintaq Təcridxanasında Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, ömürlük məhbus Hacı Məmmədovla da görüşüb. Hüquq müdafiəçisi deyib ki, H. Məmmədov özünü törətdiyi əməllərə görə müqəssir sayır. H. Məmmədov Elçin Behbudova daha bir yağlı boya ilə çəkilmiş şəkil bağışlayıb. Komitə sədrinin bildirdiyinə görə, şəkilin üzərində müqəddəs Məryəmin, mələk Cəbrayılın və iki ququşunun əksi həkk olunub: “Hacı Məmmədov şəklin böyük məna kəsb etdiyini bildirsə də, onu açıqlamaqdan imtina etdi”.

Günün bütün mövzuları

XS
SM
MD
LG