Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:14

Ramiz Mehdiyevin məqaləsi MTRŞ-da müzakirə olunacaq


Sabah Milli Televiziya və Radio Şurasının (MTRŞ) toplantısı keçiriləcək. Bu barədə APA-ya MTRŞ üzvü Qafar Cəbiyev məlumat verib. Onun sözlərinə görə, iclasın əsas mövzusu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Azərbaycan” qəzetində dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqaləsi ətrafında müzakirələr keçirməkdir.

MTRŞ-nın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə APA-ya bildirib ki, Şura məqalədə əksini tapan tezislərlə bağlı ciddi monitorinqlərə başlayıb: “Monitorinq şöbəsi telekanallarda milli-mənəvi dəyərlərin qorunması ilə bağlı dəyişiklərin olmasını, irəliyə doğru addımın atılıb-atılmamasını araşdıracaq”.
XS
SM
MD
LG