Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:47

İcmaların görüşü neytral ərazidə keçirilsin


«Biz Dağlıq Qarabağa gedəndə çox pis vəziyyətə düşürük»

«Biz Dağlıq Qarabağa gedəndə çox pis vəziyyətə düşürük»

«Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyi İdarə Heyətinin üzvü, xalq artisti Fərhad Bədəlbəyli azərbaycanlı və erməni icmalarının görüşünün neytral ərazidə keçirilməsini təklif edir.

APA-nın məlumatına görə, F. Bədəlbəyli erməni icması ilə görüşə hazır olduqlarını bildirsə də, bunun işğal altındakı Dağlıq Qarabağda keçirilməsini istəmir:

«Biz Dağlıq Qarabağa gedəndə çox pis vəziyyətə düşürük. Orada nə evimiz, nə haqqımız var, ermənilər isə bizi ev sahibi kimi qarşılayırlar. Mən Dağlıq Qarabağda olmuşam, o hissləri keçirmişəm. İcmaların görüşü neytral ərazidə keçirilməlidir».

İcma üzvü görüş yeri kimi Gürcüstanın məqsədəuyğun olduğunu da sözlərinə əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG