Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:26

Prezidentlər oktyabrın 8-də Kişinyovda görüşəcəklər


ATƏT-in Minsk Qrupunun həmsədrləri

ATƏT-in Minsk Qrupunun həmsədrləri

Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də Kişinyovda görüşəcəklər.

ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 6-da Bakıda keçirdikləri mətbuat konfransında deyiblər ki, onlar Moldova paytaxtında keçiriləcək MDB sammiti çərçivəsində nəzərdə tutulan görüş üçün İlham Əliyev və Serj Sarkisyanın razılığını alıblar.

Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib ki, həmsədrlər danışıqların dinamikasından və Azərbaycan prezidentinin prosesi dəyərləndirməsindən razıdırlar.

Amerikalı həmsədr Robert Bradtke isə Madrid prinsipləri adlanırılan sənəddə hər hansı təkmilləşmə və ya dəyişikliklər olduğu barədə səslənən fikirləri təsdiqləməyib. O, müzakirələrdə müəyyən irəliləyişlər olduğunu bildirib.

Bununla belə, həmsədrlər Kişinyov görüşündə hansısa sənədin imzalanacağını gözləmirlər.

Prezidentlər axırıncı dəfə bu il iyunun 4-də Sankt-Peterburqda görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG