Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:53
Bakıda metro ilə gedişin qiymətini 15 qəpiyə qaldırdılar. Bu addımın ictimaiyyətdə yaratdığı reaksiya həm də belə bir sual doğurdu ki, bəs başqa ölkələrdəki metro qiymətləri necədir?

İlkin araşdırma göstərdi ki, Bakı metrosundakı gediş haqqı kifayət qədər ucuzdur.

Moskva – 60 qəpik
Yerevan – 8 qəpik
Tbilisi – 19 qəpik
Minsk – 17 qəpik
Kiyev – 16 qəpik
Praqa – 83 qəpik
Buxarest – 2 manat 90 qəpik
London – 5 (!) manat 10 qəpik
Oslo – 3 manat 40 qəpik

Praqa metrosu
Göründüyü kimi, qiymətlərin qalxmasından sonra Bakı ən ucuz metro siyahısında birinciliyi Yerevana verməli olur. Amma yenə də «toya gedənlər» sırasındadır. Londonla müqayisə isə istənilən sərnişinin özünü bəxtəvər sayması üçün çox güclü arqumentdir.

Amma nəticə çıxarmağa tələsməyin. Bir sıra Avropa ölkələrində həftəlik aylıq və illik ödəniş sistemləri tətbiq olunur. Məsələn, Praqada illik nəqliyyat kartları satılır. Gündə 2 dəfə ictimai nəqliyyatdan istifadə edən adam nominal qiymətin yarısı qədər xərcə düşür. Bir gündə 10 və daha artıq metroya minən şəxsin xərci isə Yerevan sakininkindən də az alınır.

Mövzunu şərh etmək üçün FORUMa daxil ol

Günün bütün mövzuları

XS
SM
MD
LG