Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:00

BMT-nin Dünya Ərzaq Proqramının binasında partlayış


İslamabadda kamikadze BMT-nin Dünya Ərzaq Proqramının binasında özünü partladıb
İslamabadda kamikadze BMT-nin Dünya Ərzaq Proqramının binasında özünü partladıb
Oktyabrın 5-də İslamabadda kamikadze BMT-nin Dünya Ərzaq Proqramının binasında özünü partladıb, nəticədə 5 nəfər həlak olub, çox sayda insan xəsarət alıb. Pakistanın paytaxtında baş vermiş bu hadisənin detalları hələ ki məlum deyil, çünki səlahiyyətlilərin başı yaralılara yardım göstərməyə qarışıb.

PARTLAYIŞI TÖRƏDƏN 20 YAŞLI OĞLANDIR

Polisin dediyinə görə, ilkin dəlillər göstərir ki, partlayışı törədən 20 yaşlı oğlandır. O, özünü təhlükəsizlik zabiti kimi təqdim edərək BMT-nin güclü mühafizə olunan binasına girə bilib.

Bu hadisə BMT-nin binasında təhlükəsizlik məsələsini şübhə altına alıb. Çünki bir qayda olaraq, İslamabadda BMT-nin ofisinə gələn qonaqlar binaya daxil olmamışdan öncə ekranda göstərilir və onların üzərində silah, partlayıcı maddə olub-olmaması yoxlanılır.

Yoxsul pakistanlılara ərzaq paylayan BMT-nin ofisinin 70-ə yaxın işçisi var idi. Bu partlayış isə yoxsul və ac pakistanlılara yardım göstərməyə çalışan Dünya Ərzaq Proqramının və digər yardım göstərən təşkilatların işini dayandıra bilər.

Pakistanın Tibb Elmləri İnstitutundan Vaseem Kvajanın dediyinə görə, ölənlərdən biri təşkilatda işləyən İraq vətəndaşı, digər ikisi isə pakistanlı qadındır:

«Dörd ağır yaralı və iki cəsəd bura gətirilib».

«TALİBAN» LİDERİNİN QİSASINI ALACAĞIQ»

Hadisəyə görə məsuliyyəti heç kəs üzərinə götürməyib, hər hansı tələb də irəli sürülməyib. Amma diqqət Svat Vadisində və ətrafındakı «Taliban» döyüşçülərinə yönəlib. Onların yeni lideri Hakimullah Mehsud Pakistan və Birləşmiş Ştatlara qarşı yeni hücumların olacağını xəbərdar etmişdi.

Hakimullah Mehsud
Hələ şənbə günü Hakimullah Mehsud demişdi ki, onun tərəfdarları avqust ayında Birləşmiş Ştatların öldürdüyü «Taliban» liderinin qisasını alacaqlar.

Hakimullah Mehsud Əfqanıstanla sərhəddə tayfa yaşayan ərazilərə pilotsuz təyyarələrin hücumlarının artdığından da şikayətlənib.

Pakistan hökuməti Birləşmiş Ştatların pilotsuz təyyarə hücumlarına rəsmi şəkildə qarşı çıxır. Amma güman edilir ki, İslamabad xüsusi hücumlara icazə verir və hətta bəzi hücumlar üçün tədbirlər də görür.

Amerikalı rəsmilər isə deyirlər ki, onlar pilotsuz təyyarə hücumlarının çoxalmasını Əfqanıstanla sərhəd yaxınlığında «Taliban» və «Əl-Qaidə»yə qarşı əməliyyatın tərkib hissəsi hesab edirlər.

Bundan öncə kəşfiyyat xidməti Pakistanın Daxili İşlər Nazirliyini son həftələr ölkənin müxtəlif bölgələrində hərbi fəaliyyətin artması ilə bağlı xəbərdar etmişdi. Hökumət həmçinin şimal-qərbdə təhlükəsizlik tədbirlərini gücləndirməyi də tapşırmışdı.

«Taliban»ın öldürülən lideri Baitullah Mehsud Pakistanın ən təhlükəli terrorçularından idi. Onun başına görə 5 milyon dollar mükafat təyin olunmuşdu. Rəsmilər onu keçmiş baş nazir Bənazir Bhuttonun ölümündə də günahlandırırdılar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG