Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:08

İsrail naziri Britaniyaya getmir ki, həbs oluna bilər


İsrail hökumətinin naziri Moşe Yaallon Britaniyaya səfərini ləğv edib.
Onun mətbuat katibi deyib ki, buna səbəb hərbi cinayət ittihamı ilə həbs təhlükəsidir.

Yaallonun vəkillləri nazirə xəbərdarlıq ediblər ki, insan haqları fəalları Yaallonun 2002-ci ildə Həmas liderinin öldürməsində əli olması ittihamlarını qaldıra bilərlər.

Keçən həftə insan haqları fəalları çalışdılar ki, İsrailin müdafiə naziri Yehud Barak Britaniya səfəri zamanı həbs olunsun, ancaq buna nail ola bilmədilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG