Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:20

Vətənə xəyanətdə təqsirləndirilən hərbçilərə hökm oxunub


Azərbaycan Ordusunun 4 əsgəri - Mürşüd Bağırov, Şamo Daşdəmirov, Elçin Məmmədov və Orxan İsmayılov Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə məhkum ediliblər.

Hərbi Məhkəmədən AzadlıqRadiosuna verilən məlumata görə, Müdafiə Nazirliyinin Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissəsinin əsgərləri Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham olunublar.
Əsgərlər döyüş postunu özbaşına tərk etməkdə və erməni hərbçiləri ilə görüşərək xidmət etdikləri hərbi hissə barədə məlumatları onlara ötürməkdə təqsirləndiriliblər.

Məhkəmənin hökmü ilə Mürşüd Bağırov 14, Şamo Daşdəmirov 10 il 6 ay, Elçin Məmmədov 12, Orxan İsmayılov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG