Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:24

İcra nümayəndəsi məhkəmə qarşısındadır


Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi Ağalar Güləşxan oğlu Ağayev məhkəmə qarşısına çıxarılıb.

İttihama görə, o, icra nümayəndəsi işləyərkən həqiqi hərbi xidmətdə olan Həsənov İsa Adil oğlu ilə Ağayeva Ofeliya Elxan qızına nikah kəsib. Nikah haqqında şəhadətnaməni də öz imzası və möhürü ilə təsdiqləyib.

İstintaqda dindirilmiş Ofeliya Ağayeva ifadəsində göstərib ki, İsa Həsənovla nikah bağlatdırmaq üçün icra nümayəndəsinə müraciət etmək təşəbbüsü ondan gəlib. İcra nümayəndəsi də ondan 300 manat rüşvət alaraq vəzifə səlahiyyətini aşmaqla gənclərin nikahını kəsib. Məsələnin üstü açılanda isə məlum olub ki, İsa Həsənovun adından yazılmış ərizə və nikah haqqında aktdakı imza saxtadır.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başlamış Ağalar Ağayev Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG