Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

Kaliforniyada 12 min erməni "Serj, xalqı satma" şüarı ilə nümayiş keçirib


Kaliforniyanın müxtəlif yerlərində yaşayan 12 min erməni mənşəli amerikalı Los Ancelesdə Beverli Hilton Hoteli qarşısında Türkiyə-Ermənistan protokollarına etiraz nümayişi keçiriblər.
Nümayişdə “Protokolları dayandırın”, “Serj, erməni xalqını satma” kimi şüarlar səslənib.

Bu zaman hotelin 12-ci mərtəbəsində izdihamı izləyən Ermənistan prezidenti
Serj Sarkisyan heç bir reaksiya verməyib.

Serj Sarkisyanın Amerika səfəri ilə bağlı “Protokolları dayandırın” adlı kampaniya gedir.
Ermənistan prezidentinin Amerika səfərində məqsəd isə Türkiyə ilə Ermənistanın imzaladığı protokollara erməni mənşəli amerikalıların dayağını qazanmaqdır.
Bundan əvvəl Sarkisyanın Paris, Nyu York səfərlərində də yerli erməni icması onu etirazlarla qarşılamışdı.
Növbəti etirazlar Livanda və Rusiyada planlaşdırılır.

Türkiyə ilə Ermənistanın imzaladığı iki protokol iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını və münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.
XS
SM
MD
LG