Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45

BMT-nin ofisində partlayış nəticəsində 3 nəfər ölüb


Pakistanın paytaxtı İslamabadda BMT-nin Ümumdünya Ərzaq Proqramı ofisinin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı üçə çatıb.

Yerli polisin verdiyi məlumata görə, bir neçə adam xəsarət alıb. Ölənlər arasında xarici ölkə vətəndaşı da var.

Hadisə yerindən çəkilmiş videokadrlardan görünür ki, təşkilatın binasının pəncərələri sınıb və ərazini tüstü bürüyüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

XS
SM
MD
LG