Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:27

Türk köşə yazarları Naxçıvan zirvəsi barədə


«Bu, «pantürkizm» deyil və olmamalıdır»

«Bu, «pantürkizm» deyil və olmamalıdır»

Taha Akyol («Milliyət»)

Balaca Naxçıvanda dörd prezident: Abdullah Gül, İlham Əliyev, Nurusultan Nazarbayev, Kurmanbek Bakiyev və Türkmənistanın vitse-prezidenti. Hər yerdə Azərbaycan türkcəsi ilə şüarlar asılıb: «Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısı».

«BU, HEÇ KİMƏ QARŞI DEYİL»

Bu dəfəki zirvə toplantısı həqiqətən fərqlidir - artıq münasibətlər «Şuralar» vasitəsi ilə inkişaf edəcək, ölkələr arasındakı bağlar güclənəcək. Pantürkizm canlanırmı, başqa bir şey olurmu? Türklər birləşirmi?

A.Gül, toplumların bir-birinə qarşı qapalı olduqlarından bəhs edərək, «Qırğızlar və türkmənlər qonşudurlar, ancaq indiyə qədər bir-birlərinə gedib-gəlməmişlər» deyir, fəqət artıq iqtisadiyyatın sərhədləri aşdığına diqqəti cəlb edir. Samsun-Ceyhan boru xəttində Qazaxıstan da iştirak edəcək. Qarsı Bakı üzərindən Alma-Ataya bağlayan dəmiryolu tamamlanmaq üzrədir. Qazaxıstandan Avropaya qatarlar gedəcək. Qazaxıstan bu dəmiryoluna hər il 10 milyon ton yük verməyi öhdəsinə götürdü.

Gül dəfələrlə vurğuladı: «Bu, heç kimə qarşı deyil, heç bir təşkilata alternativ deyil. Əlbəttə, Rusiya ilə MDB-də əməkdaşlıq edənlər olacaq, Çinlə «Şanxay» sazişində ortaqlıq edənlər də. Biz bu münasibətlərin inkişaf etdirilməsindən məmnun qalarıq. Baxın, biz də NATO üzvüyük, AB-yə üzv olmaq yolundayıq».

«İŞ ARTIQ «DƏMİNƏ» GƏLİB»

Nəticə: Bu, «pantürkizm» deyil və olmamalıdır. Bu, iqtisadi qloballaşma prosesinin türk toplumları arasında yaratdığı bir inteqrasiya dinamikasıdır. Əlbəttə ki, alqışlayıram.

Xarici İşlər naziri Ahmet Davutoğlu bir neçə saatlığa Naxçıvana gəldi. Gül və Davutoğlu, Əliyev və Azərbaycanın Xarici İşlər naziri Məmmədyarovla 1.5 saat görüşdülər.Görüşdən çox sevincli çıxdılar. Azərilər tam razı qaldılarmı? Ermənistanla protokol həyata keçəcəkmi?

A.Gülün cavabı: «Türkiyəyə, Türkiyənin düzgün işlər gördüyünə inanırlar. Kişinyovda Əliyev və Sarkisyan da görüşəcəklər. Qafqazdakı bu problemin həlli üçün çox məsafə qət etdik. Qarabağa dair müzakirələrdə də, bizim görüşlərimizdə də bu siyahıdakı problemlərin üstündən bir-bir xətt çəkərək irəliləyiş əldə edilir. İş artıq «dəminə» gəlib. Nəfəsimizi verərək buz dağını əridirik, artıq su axmalıdır».

Gül, ictimaiyyətin təhrik edilməməsinin önəmini də xatırladaraq, «baxın, Parisdə Sarkisyanın başına nə iş gətirdilər» dedi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG