Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

Rusiyada əhalinin sayı azalır


Rusiyada əhalinin sayı 1993-cü ildən bu yana təxminən 6 milyon 600 min azalıb. BMT-nin bu gün açıqlanan hesabatında belə deyilir. Hesabata görə, 2025-ci ilədək ölkə daha 11 milyon sakinini itirəcək.

Mütəxəssislər buna səbəb kimi ləng iqtisadi inkişafı və kütləvi əyyaşlığı göstərirlər. Hesabatda o da qeyd olunur ki, Rusiyada ölüm hallarının səviyyəsi Afrikanın ekvator ölkələrindəki kimi yüksəkdir.

Hazırda Rusiya əhalisinin sayı 142 milyondur.

Günün bütün mövzuları

XS
SM
MD
LG