Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23

BMT-nin inspektorları İranda yoxlama aparacaqlar


İran prezidenti Mahmud Əhmədinejat deyib ki, ölkəsinin BMT-nin Nüvə Agentliyi ilə əməkdaşlığı İranın nüvə proqramı ilə bağlı heç bir «qeyri-müəyyənlik» yaratmır. İran prezidentinin bu açıqlaması Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərinin çıxışından sonraya təsadüf edir. Agentliyin rəhbəri elan edib ki, oktyabrın 25-də BMT-nin inspektorları İranda uranın zənginləşdirilməsi üzrə indiyədək məxfi saxlanılan ikinci zavodda yoxlama aparacaqlar. Məhəmməd ƏlBaradai Tehranla Qərb arasında əlbirlikdən əməkdaşlığa keçid olduğunu da tərif edib. ElBaradai Tehranda İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi ilə danışıqlardan sonra çıxış edib.

Qərb ehtiyat edir ki, İran gizli şəkildə nüvə silahını inkişaf etdirməyə çalışır. İran isə bu iddianı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG