Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:03

İran atom bombası düzəldə bilər


Beynəlxalq Atom Enerjisi agentliyinin rəhbəri Məhəmməd əl Baradei İrandadı.

O Tehranla İranın yeni nüvə zavoduna baş çəkəcək beynəlxalq müfəttişlərin səfərinin vaxtını müzakirə edəcək.

İran bu günlərdə Cenevrədə keçirilmiş görüşdə beynəlxalq müfəttişlərin bu zavoda buraxılacağını vəd etmişdi.

New York Times qəzeti bu arada Beynəlxalq Atom Enerjisi Agentliyinin məxfi hesabatına istinadla xəbər verir ki, agentliyin əməkdaşları hesab edirlər ki, yüksək zənginləşdirilmiş urandan nüvə silahı düzəltmək üçün İranda kifayət qədər informasiya var.

Günün bütün mövzuları

XS
SM
MD
LG