Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Rusiya Abxaziyaya gedən gəmiləri qorumaq fikrindədi


Rusiya Qara dənizdə Abxaziyaya gedən gəmiləri qorumaq fikrindədi.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sxumidə deyib.

Nazir qeyd edib ki, o Abxaziya rəhbərliyilə Gürcüstandan gələn təxribatın qarşısını almaq üçün gəmilərin müşayiət olunmasının mümkünlüyünü müzakirə edib.

Abxaziya rəhbərliyinin məlumatına görə Gürcüstan il ərzində 20-dən artıq gəmi tutub.

Rusiya ötən ilin avqustunda Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG