Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:50

İranda azərbaycanlı şair həbs olunub


Məhbub Budaqi
İranda azərbaycanlı şair və milli fəal Məhbub Budaqi həbs olunub.

Şair hazırda Təbriz həbsxanasında saxlanılır.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) katibi Yaşar Həkkəkpur Budaqinin yaxınlarına istinadən AzadlıqRadiosuna bildirib ki, Xoy şəhərindən olan şair ay yarım bundan əvvəl Zəncanda həbs olunub. Lakin bu barədə indiyədək məlumat verilməmişdi.

Hələlik ona qarşı hansı ittihamların irəli sürüldüyü məlum deyil. Həmçinin, ona vəkil tutmağa imkan verməyiblər.

ADAPP-ın saytında qeyd olunur ki, Budaqinin səhhətində problem var, buna baxmayaraq onu həkimlə görüşməyə qoymayıblar.

Məhkəmə yaxın günlərdə keçiriləcək, lakin dəqiq vaxtı bilinmir.

Şərhləri göstər

XS
SM
MD
LG