Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

Azərbaycanla Qazaxıstan arasında sənəd imzalanıb


Oktyabrın 2-də Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında bir sıra sənədlər imzalanıb.

Prezidentin mətbuat xidmətindən «APA»ya verilən məlumata görə, «Sumqayıt şəhəri və Aktau şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə», «Qazaxıstanın karbohidrogen yataqlarının işlənməsi zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz infrastrukturunun obyektlərinin birgə istifadəsi haqqında Memorandum», «Transxəzər layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın işlənib hazırlanması ilə əlaqədar birgə fəaliyyət haqqında Müqavilə»ni, «Kazmunayqaz» Milli Şirkəti Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlığa dair Niyyət Memorandumu», «Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş» və «Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş», «Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 1992-1993-cü illər ərzində müxbir hesabları üzrə hesablaşmalara keçidə kimi və ondan sonra ticarət-iqtisadi münasibətlər nəticəsində yaranmış borcun ödənilməsi haqqında Saziş», «Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Saziş» imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG