Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:00

Mətbuat Şurası jurnalistlər üçün gediş haqqını azaltmaq istəyir


Əflatun Amaşov
Azərbaycanın Mətbuat Şurası jurnalistlərə nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı məsələni müzakirə edəcək.

«Bu məsələnin həlli üçün müvafiq qurumlarla müəyyən məsləhətləşmələrin aparılmasına ehtiyac var», - deyə «Trend»ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

O deyir ki, bu məsələnin həllinə mane olan bir sıra problemlər var:

«Əsas problem ölkədə fəaliyyət göstərən jurnalistlərin sayı ilə bağlı dəqiq məlumatın olmamasıdır».

Ə.Amaşovun fikrincə, bunun əsas səbəbi kütləvi informasiya vasitələrinin əksəriyyətində əməkdaşlarla müqavilələrin olmamasıdır:

«Biz müqavilə məsələsini gündəmə gətirsək də, təəssüf ki, müəyyən obyektiv və subyektiv səbəblərə görə redaksiyalarda rəhbərliklə jurnalistlər arasında müqavilələr bağlanmadı. Digər tərəfdən, müqavilə bağlanan redaksiyalarda Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə əməl olunmadı».

Ə.Amaşov deyir ki, jurnalistlərə nəqliyyatda və digər sahələrdə güzəştlərin tətbiq olunması üçün məsələ yenidən gündəmə gətiriləcək:

«Jurnalistlər daim hərəkətdə olan peşə sahibləridir. Onların əməkhaqqılarının o qədər də yüksək olmadığını nəzərə alaraq müəyyən güzəştlərin tətbiqi zəruridir. Ona görə də biz məsələni yenidən araşdırıb jurnalistlərə vahid kartların verilməsini başa çatdıracağıq. Nə qədər jurnalistə vəsiqə vermək məsələsi dəqiqləşəndən sonra müvafiq qurumlarla güzəştlərlə bağlı məsləhətləşmələr aparacağıq», - deyə şura sədri bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG