Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

Tərtərdə məktəbin həyətindən iki mərmi tapılıb


Biri top mərmisi, digəri isə «Qrad» mərmisidir

Biri top mərmisi, digəri isə «Qrad» mərmisidir

Tərtər rayonunun Həsənqaya kəndi ərazisində partlamamış döyüş sursatları aşkar olunub.

Rayon mülki müdafiə qərargahının rəisi İlqar Musayevin «ANS»in müxbirinə verdiyi məlumata görə, tapılan minaların sayı 4 ədəd olub. Mərmilərdən 2-si tank əleyhinə minadır. Bu döyüş sursatları Tərtər çayındakı sel suları vasitəsilə işğal altındakı ərazilərdən axıb. Hazırda çayda suyun səviyyəsi çox olduğu üçün minaları götürmək mümkün deyil.

Mərmilərdən ikisi isə Həsənqaya kənd məktəbinin həyətində tapılıb. Partlamamış döyüş sursatları barədə rayon mülki müdafiə qərargahına məktəbin şagirdləri məlumat verib. Onlardan biri top mərmisi, digəri isə «Qrad» mərmisidir.

Bu, il ərzində rayon ərazisində baş verən 7-ci hadisədir. Xoşbəxtlikdən döyüş sursatları aşkar olunan zaman ölən və ya yaralanan olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG