Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:05

Bosniya NATO-ya üzvlük üçün ilk addımını atdı


Bosniya NATO alyansının üsvü olmaq üçün lazım olan ilk addımını atıb. Bu ölkə NATO-dan üzvlük üçün lazım olan fəaliyyət planını xahiş edib.

Alyansın baş katibi Anders Fogh Rasmussen də Bosniyanın bugünkü addımını alqışladığını deyib. Amma o, həm də bildirib ki, üzvlük üçün hələlik Bosniyada demokratiyanın səviyyəsi və ordunun effektiv idarə edilməsi yetərli deyil. Bu ölkə həmin sahələrdə ciddi islahatlar həyata keçirməlidir.

Bosniya indiyə qədər NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirak edirdi. Onun Balkan qonşuları olan Albaniya və Xorvatiya da ilin əvvəlində üzvlük üçün NATO-ya müraciət ediblər.
XS
SM
MD
LG