Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:22

General qələbəyə təminat vermir


ABŞ və NATO-nun Əfqanıstandakı qoşunlarının komandanı general Stanley McChrystal bildirir ki, ölkədə üsyanlar genişlənir və Talibana qarşı hərbi kampaniyanın uğurlu olacağına təminat vermək mümkün deyil.

General deyib ki, vəziyyət olduqca gərgindir, amma ciddi planlar qurmadan hansısa hərəkətlər etmək ciddi səhvlərə gətirib çıxara bilər.

General Stanley McChrystal həmin fikirlərini bu gün Londonda Beynəlxalq Strateji ARaşdırmalar İnstitutunda çıxışı zamanı səsləndirib. O, Əfqanıstanla bağlı strategiyada dəyişikliklər olunmasına çağırıb.

Bundan əvvəl General Stanley McChrystal –ın Əfqanıstandakı hərbi əməliyyatlar üçün əlavə 40 000 əsgər istədiyi haqqında məlumatlar var idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG