Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:59

Minlərlə adam dağıntılar altında qalır


İndoneziyada zəlzələdən sonra minlərlə adam dağıntılar altında qalır.

İndoneziyanın Sumatra adasında 6 və 7 bal gücündə iki dəfə zəlzələ olub. Geoloqlar sunami təhlükəsinin olduğunu deyir.

Rəsmilər ehtiyatlanır ki, əyalətin paytaxtı Padanqda ölənlərin sayı arta bilər.

BMT-nin məlumatına görə zəlzələdə 1100 adam ölüb. Yerli hökumət 2 mindən artıq yaralının olduğunu bildirib.

Axtarış-xilasetmə əməliyyatları davam edir.
XS
SM
MD
LG