Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:33

Olimpiadanın keçiriləcəyi şəhərin adı açıqlanacaq


Oktyabrın 2-də Beynəlxalq Olimpiya Komitəsi 2016-cı ilin yay olimpiya oyunlarının keçiriləcəyi şəhərin adını açıqlayacaq.

Bu ad uğrunda dörd şəhər yarışır : Çikaqo, Tokio, Madrid və Rio-de-Janeyro.

Kopenhagendə namizəd şəhərlərini dəstəkləmək üçün ABŞ prezidenti Barak Obama, Yaponiyanın baş naziri Yukio Hatoyama, İspaniya kralı Xuan Karlos və Braziliya prezidenti Luis İnasio Lula da Silva gələcək.

Bakı da 2016-cı ilin yay olimpiadasına ev sahibliyi etməyə iddialı idi. Ancaq ilk seçim mərhələsindən keçə bilmədi.

2012-ci ilin Olimpiya oyunları isə Londonda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG