Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:38

AŞPA Rusiyanı cəzalandırmadı


Avropa Şurasının Parlament Assambleyası Rusiyanı səsvermə hüququndan məhrum eləmədi.
Belə bir təşəbbüsü Gürcüstan qaldırmışdı və AŞPA-da 72 deputatın imzasını toplamışdı.

Gürcüstanın fikrincə, keçən ilin avqustunda Gürcüstana hücuma və Gürcüstanı parçaladığına görə Avropa Şurası Rusiyanı cəzalandırmalıdır.
Ancaq təklif səsvermədə qəbul olunmadı.

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti necə səs verib?

Nümayəndə heyətinin üzvü, deputat Gültəkin Hacıbəyli Azadlıq radiosuna deyir ki, Gürcüstan və Rusiya Azərbaycanın strateji tərəfdaşıdırlar, ona görə Azərbaycan bitərəf qalır, ancaq Gürcüstanın ərazi bütövlüyü məsələsində Azərbaycan birmənalı şəkildə Gürcüstanın mövqeyini müdafiə eləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG