Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:50

AŞPA Rusiyanın səsvermə hüququndan məhrum edilməsinə baxır


Avropa Şurasının Parlament assambleyasında Rusiyanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılır.
Bu təşəbbüsü Gürcüstan qaldırıb. Gürcüstanın fikrincə, keçən ilin avqustunda Gürcüstana hücuma və Gürcüstanı parçaladığına görə Avropa Şurası Rusiyanı cəzalandırmalıdır.
Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti necə səs verir?
Nümayəndə heyətinin üzvü, deputat Gültəkin Hacıbəyli Azadlıq radiosuna deyir ki, Gürcüstan və Rusiya Azərbaycanın strateji tərəfdaşıdırlar, ona görə Azərbaycan bitərəf qalır, ancaq Gürcüstanın ərazi bütövlüyü məsələsində Azərbaycan birmənalı şəkildə Gürcüstanın mövqeyini müdafiə eləyir.
XS
SM
MD
LG