Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:09

Zal Yusifovun məhkəməsi davam edir


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Texnikabank”ın Bakı Filialının sabiq müdiri Zal Yusifovun və daha 14 nəfərin məhkəməsi davam edir. Filial müdiri banka pul qoymuş müştərilərin əmanətlərini mənimsəməkdə təqsirləndirilir. İbtidai istintaq 81 müştəridən mənimsənilən pulların ümumi məbləğinin 100 milyon manat civarında olduğu qənaətindədir.

Filial müdiri məhkəmənin nəzərinə çatdırıb ki, əvvəlcə MTN-də zərərçəkmişlərə əmanətlərinin Kapitalbankın Tərəqqi filialının müdiri Hüseyn Səfərov tərəfindən mənimsənilməsini yazdırıblar və həmin şəxsi tutublar. “Lakin sonradan ssenari dəyişib, Hüseyn Səfərovu buraxıb məni həbs ediblər”.

Prosesdə ifadə verən zərərçəkmişlər bank depozitlərinin Zal Yusifov tərəfindən mənimsənildiyini bildiriblər. Müştəri-zərərçəkmişlər pullarının aylıq faizlərlə birlikdə bank tərəfindən ödənilməsini tələb edirlər.

Zal Yusifov və digər 14 nəfər 2008-ci ilin sentyabr ayında həbs ediliblər. Həmin vaxtdan da “Texnikabank”ın Bakı filialının fəaliyyətinə xitam verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG