Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Mobil telefona görə məktəb yoldaşını öldürdü


Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü Xəyyam Əlizadə 2007-ci ildə 13 yaşlı məktəb yoldaşı Ayaz Vəliyevi qətlə yetirdiyinə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə məhkum edilib.
Məhkəmə yolu ilə müəyyən edilib ki, həmin ilin oktyabr ayında atası Ayaza 100 manat dəyərində mobil telefon alıb. Məktəbin 11-ci sinfində oxuyan Xəyyam Ayazdan telefonu ona bağışlamasını, yaxud satmasını təklif edib. Ayazsa atasının hədiyyəsi olduğuna görə telefonu məktəb yoldaşına hər hansı şəkildə verməsindən imtina edib.
20 oktyabr 2007-ci il tarixdə dərsdən sonra Xəyyam Ayazı aldadaraq Şəmkir şəhəri ərazisindəki “Dadağan” gölünün kənarına aparıb. Orada telefonu azyaşlının əlindən almağa çalışıb. Məktəb yoldaşı telefonu ona vermədiyinə görə Xəyyam azyaşlıya 37 bıçaq zərbəsi vurub. Sonra meyiti gölün yaxınlığındakı çalada gizlədərək üstünü qamışlarla örtüb. Hadisədən bir neçə gün sonra Xəyyam Əlizadə həbs edilsə də o, məktəb yoldaşını gah sevdiyi qıza görə, gah da başqa səbəblərdən öldürdüyünü deyib. Ziddiyyətli ifadələrinə görə uzun müddət istintaq altında saxlanılan Xəyyam Əlizadə nəhayət, qətlin əsl səbəblərini açıqlayıb. Məhkəmədə o, əməlindən peşman olduğunu söyləyib.
Məhkəmənin hökmü ilə Xəyyam Əlizadə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG