Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:05

Azadlıq Radiosunu partlatmaq istəyən general ölüb


Azadlıq Radiosunun binasını partlatmaq üçün terrorçu tutan rumın general Nikolae Plesita vəfat edib.

Onun 80 yaşı vardı. İki gün əvvəl Buxarestdə xəstəxanada keçinib.

Plesita 1980-ci illərin əvvəlində «Securitate» məxfi polisində xarici departamentin rəhbəri olub.

1981-ci ildə diktator Nikolae Çauşeskunun sifarişi ilə general Plesita venesuellalı terrorçu İliç Ramirez Sançezə Azadlıq Radiosunun Münhendəki binasını partlatmaq göstərişi verib.

Həmin hücum zamanı 1 nəfər ölüb, 9 nəfər xəsarət almışdı.

Kommunizmin süqutundan sonra Plesitanın Rumıniyada on il ərzinə hərbi məhkəməsi olub, bu ilin əvvəlində isə təqsirsiz olduğu müəyyənləşib.
XS
SM
MD
LG