Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:31

Əfqanıstanla bağlı strategiya müzakirə olunub


Barak Obama Əfqanıstan və Pakistanla bağlı vəziyyəti administrasiyası ilə müzakirə edib. ABŞ Əfqanıstanda hərbi kontingentinin sayını artırmaq istəyir.

Bu məsələ ilə bağlı administrasiyada fikir ayrılıqları var. Birinci növbədə mülki və hərbi məmurlar arasında.

Obama yenidən administrasiya ilə məsələni oktyabrın 7-də müzakirə etməyi planlaşdırır.

Hazırda ABŞ-ın Əfqanıstanda 60 mindən artıq hərbçisi var.

Sentyabrın 29-da keçirilən görüşdə vitse-prezident Co Bayden, Müdafiə naziri Robet Qeyts, Dövlət katibi Hillari Klinton iştirak edib.

Video əlaqə yolu ilə iclasda ABŞ-ın Əfqanıstandakı komandanlığının üzvləri də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG