Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:07

«Kimdənsə xahiş etməmişəm ki, metroya minsin»


Bakı Metropolitenin rəisi Tağı Əhmədov

Gediş haqqı 3 dəfə artırılandan sonra Bakı Metropoliteninə hələ dotasiya lazımdır.
Bunu AzadlıqRadiosuna Metropolitenin rəisi Tağı Əhmədov deyib:

«Hələ də dövlətdən 15 milyon manat dotasiya alınmalıdır. Hələ də gediş haqqı xərcləri ödəmir».

Onun sözlərinə görə qiymətlərin qalxmasından əvvəl metro daha çox ziyanla işləyirdi. Bunun qarşısını almaq üçün təkcə bu il hökumət metroya 33 milyon manat dotasiya ayırıb.

Tağı Əhmədov gediş haqqının qaldırılmasının az təminatlı şəxslər arasında narazılıq yaratmasına da münasibət bildirib:

«- Mən xahiş etməmişəm ki, metroya minsinlər. Avtobus ucuzdur getsinlər avtobusa minsinlər.

- Tağı müəllim, avtobusların qiyməti metro qiymətindən hələ də yüksəkdir...

- Onda məndən nə istəyirlər ki?»

Tarif Şurasının qərarına görə oktyabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 15 qəpiyə qaldırılıb. Bundan əvvəl metroda gediş haqqı 5 qəpik idi.

Şəhərdaxili avtobuslarda gediş haqqı isə 20 qəpikdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG