Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:09

«Laçın yolu hər iki tərəf üçün açıq olmalıdır»


Əzimov onu da bildirib ki, Laçın yolunun Laçın dəhlizi kimi təqdim edilməsi doğru deyil

Əzimov onu da bildirib ki, Laçın yolunun Laçın dəhlizi kimi təqdim edilməsi doğru deyil

«Münaqişənin həlli məsələsində əsas məqamlardan biri münaqişə zonasında bütün kommunikasiyaların açılmasıdır. Dağlıq Qarabağın erməni icması bildirir ki, Laçın üzərindən keçən yolun açılması onlar üçün vacibdir. Biz isə düşünürük ki, bu yol hər iki tərəf üçün açıq olmalıdır».

Bu sözləri jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Onun sözlərinə görə, bu məsələnin çözümü ilə bağlı konsepsiyalar müzakirə edilməkdədir. Nazir müavini erməni tərəfi məsələnin çözümündə konstruktiv mövqe göstərməməkdə də qınayıb:

«Məsələ ilə bağlı Azərbaycanın irəli sürdüyü təklifləri Türkiyə hökuməti də bəyənib. Türkiyə XİN-n başçısı Ə.Davudoğlu çıxışlarında dəfələrlə bildirib ki, Laçın üzərindən yolun açılışı Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşmasında önəmli faktora çevrilə bilər. Düşünürəm ki, bu yolun açılışı regionda sülh və əməkdaşlıq üçün çox vacibdir».

Əzimov onu da bildirib ki, Laçın yolunun Laçın dəhlizi kimi təqdim edilməsi doğru deyil. Çünki bu yanaşmalarda konsepsiyalar fərqlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG