Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:50

BMT rəsmisi Əfqanıstana dönməyəcək


BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsinin müavini Piter Qelbrayt vəzifəsini tərk edəcək.

Bu barədə Qərbin kütləvi informasiya vasitələri BMT rəsmilərinə istinadla xəbər verirlər.

Amma bu hələlik rəsmi elan olunmayıb.

Amerikalı diplomat Əfqanıstan rəsmilərilə münaqişədən sonra ötən həftə ölkəni tərk edib.

Qelbrayt deyib ki, çoxsaylı qanun pozuntularına görə bu yaxınlarda ölkədə keçirilmiş prezident seçkisində verilmiş səsləri yenidən saymaq lazımdır.

Münaqişəyə də səbəb bu olub.
XS
SM
MD
LG