Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Peter Semneby İlham Əliyevlə görüşüb


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semneby Bakıya səfəri zamanı prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və bunun Azərbaycana təsiri, Azərbaycanla Avropa

Birliyi arasındakı münasibətlər, Avropa Birliyinin Şərq Qonşuluq siyasəti və Şərq Tərəfdaşlıq proqramı müzakirə olunub.

Görüşdə Azərbaycanda insan haqlarının vəziyyəti və bu sahədə konkret hallara da toxunulub.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına gəldikdə Peter Semneby deyib ki, Cənubi Qafqazda bütün sərhədlərin açılması regionda sülh, sabitlik və iqtisadi inkişafa xidmət edəcək.

O həmçinin Azərbaycanla Ermənistanın ilin sonunadək konkret tərəqqiyə nail olacaqlarına ümidlə yanaşdığını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG