Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:22

«Azərbaycan dövləti gənc ailələrin sosial müdafiəsində iştirak etmir»


«Parlamentin payız sessiyasının gündəliyində sosial yönümlü məsələlər bir qədər arxa plana keçib». Deputat Elmira Axundova belə deyir və hesab edir ki, mütləq gündəliyə «Gənc ailələrin sosial müdafiəsi haqqında» qanun layihəsi salınmalıdır:

«Çünki bu gün həmin kateqoriyadan olan insanlar cəmiyyətdə ən çox sosial müdafiəyə ehtiyacı olan insanlardılar. İndi Azərbaycanda gənc ailələrin əksəriyyəti yalnız valideynlərin hesabına normal şəraitdə yaşaya bilir. Dövlət demək olar ki, onların sosial müdafiəsində iştirak etmir».

Deputatın fikrincə, özü də söhbət yalnız maddi köməkdən getməməlidir. Ordu sıralarına çağırışda, işə götürmədə, təhsil almada və sair məsələlərdə də belə olmalıdır.

Elmira Axundova deyir ki, 2008-2009-cu illərdə bir sıra MDB dövlətləri parlamentləri maliyyə böhranı və inflyasiyanı nəzərə alaraq sosial müavinətləri kəskin surətdə artırıblar:

«Məsələn, doğumla əlaqədar Azərbaycanda birdəfəlik müavinət 50 manatdırsa, Rusiyada 350 dollara bərabərdir. Ukraynada dövlət 3-cü uşağa görə ailəyə 600 dollardan artıq pul verir. Qazaxıstanda işləməyən qadınlar uşağa qulluq etməklə əlaqədar 1 il müddətinə hər ay müavinət alırlar. İşləyənlər isə orta əməkhaqqının 40 faizini 1 il alırlar. Azərbaycanda isə qadın uşağa qulluq etmək üçün yalnız bir neçə ay pul alır. Sonra isə öz öz hesabına məzuniyyətə çıxmalıdır. Gənc analara belə ögey münasibət neft və qaz ölkəsi olan Azərbaycana qətiyyən yaraşmır».
XS
SM
MD
LG