Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Avropa Birliyi Rusiya və Gürcüstanı pisləyən hesabat yayıb


Avropa Birliyi bu gün Rusiya-Gürcüstan müharibəsinin səbəblərinə dair hesabatını açıqlayıb.

Hesabatda hər iki tərəfin beynəlxalq hümanitar qanunları pozduğu bildirilir.

Müstəqil Komisiya 9 aylıq araşdırmadan sonra belə qərara gəlib ki, Gürcüstan ötən il Cənubi Osetiyaya nahaqdan hücüm edərək müharibəyə başlayıb.

Rusiyanın cavabı isə əndazədən çıxıb.

Sonda uzun sürən təxribat və gərginlik 5 günlük müharibəylə nəticələnib və burda məsuliyyətin çoxu Rusiyanın üzərinə düşür.

Rusiya ötən ilin avqustunda Cənubi Osetiyaya görə Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG