Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

Yalançı şahidləri 6 aydan 6 ilə qədər həbs gözləyir


Gənc bloqqerlər Adnan Hacızadə və Emin Millinin məhkəməsində ittiham tərəfinin əksər sübutları təsdiqini tapmır. Adnan Hacızadənin atası Hikmət Hacızadə deyir ki, artıq ittiham aktı işdə zərərçəkən kimi tanınan Vüsal Məmmədovla Babək Hüseynovun ifadələrindən asılı vəziyyətdə qalıb. Onun fikrincə, bu ifadələr də başqa şahid ifadələri ilə təsdiq edilmədiyindən işin qurama olduğu üzə çıxmaqdadır.

SABUN KÖPÜYÜ YOXSA TUTARLI SÜBUTLAR?


Vüsal Məmmədovla Babək Hüseynov ifadələrində bildirmişdilər ki, hadisənin baş verdiyi zaman «Livan» restoranında iki əcnəbi qadın olub və Adnan Hacızadə orada söyüş söydüyündən ondan sakit olmalarını istəyiblər.

Hikmət Hacızadə
Ancaq Hikmət Hacızadə yada salır ki, həmin vaxt restoranda iki əcnəbi qadının olmasını başqa heç bir şahid ifadəsi təsdiq etmir. Hətta məhkəməyə ifadə verən polislər belə bu barədə heç nə deməyiblər. Üstəlik, polislərin ifadəsində nə Adnan Hacızadə və Emin Millinin zorakı əməlləri, nə də Vüsal Məmmədovla Babək Hüseynovun xəsarət almaları ilə bağlı nəsə var:

- Onda müstəntiq nədən müəyyən edib ki, bu iki gənc günahkardır? O birilərin ifadəsi bir-birinə ziddir və müdafiə tərəfi bu ifadələri alt-üst edən sübutları məhkəməyə təqdim edəcək.

Polis ifadələri işdə zərərçəkən kimi təqdim edilən insanların ifadələrini təsdiq etməsə də, müdafiə tərəfi onların da çıxışından narazı qalıb. Hikmət Hacızadə bildirib ki, müstəntiq və yalançı şahid ifadələri ilə bağlı məhkəməyə şikayət etmək niyyətindədirlər.

6 AYDAN 6 İLƏ QƏDƏR HƏBS

Fuad Ağayev
Azərbaycanın Cinayət Məcəlləsinə görə, zərərçəkən və ya şahid bilərəkdən məhkəməyə yalandan ifadə verirsə, onu 6 aydan 6 ilə qədər həbs gözləyir. Hüquqşünas Fuad Ağayev deyir ki, bloqqerlərin işində Hikmət Hacızadə də yalançı şahid ifadələri ilə bağlı məhkəmə iddiası qaldıra bilər:

- Məhkəməyə gələn hər bir şahid ifadə verməkdən imtinaya və bilərəkdən yalan ifadə verməyə görə məsuliyyətlə bağlı xəbərdar edilir. Bununla bağlı dilindən iltizam da verir. Əgər məhkəmədə sübut olunsa ki, yalan ifadə bilərəkdən olub və qərəzli xarakter daşıyır, onun haqqında məsuliyyət qaldırıla bilər.

Ancaq Fuad Ağayevin sözlərinə görə, hələ Azərbaycanda elə belə bir halla rastlaşmayıb ki, hüquq-mühafizə əməkdaşları yalandan qərəzli ifadə verdiklərinə görə məsuliyyətə cəlb edilsinlər. Bununla belə, müdafiə tərəfi əmindir ki, əgər ədalətli
Azər Rəşidoğlu
məhkəmə araşdırması aparılacaqsa, işin qurama olduğu üzə çıxacaq və gənclər azadlığa buraxılacaqlar.

GƏNCLƏRİN AZADLIĞI ƏDALƏTLİ MƏHKƏMƏDƏN ASILIDIR?


«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, yalnız müstəqil məhkəmələrdə ədalətli araşdırma nəticəyə təsir göstərə bilər. Onun fikrincə, müstəqil olmayan məhkəmələrdə siyasi işlərin nəticəsi icra hakimiyyətinin sifarişindən asılı olur:

- Sadəcə, gənc bloqqerlərin həbsi bütün dünyada ciddi təpki ilə qarşılandı və Azərbaycan hökumətinə təzyiqlər artdı. Bu mənada gənclərin hansısa formada azadlığa buraxılacağına ümid bəsləmək olar.

Azər Rəşidoğlu düşünür ki, indi ittiham tərəfinin arqumentlərinin alt-üst olunmasının hər şeydən çox ictimai əhəmiyyəti var.

Şərhləri göstər

XS
SM
MD
LG