Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:25

«Hacıbala Abutalıbov konstitusiyanın verdiyi hüquqlara qadağa qoyur»


«Siyasi partiyalar Bakı Şəhəri İcra Hakimiyyətinə (BŞİH) məktub yazır ki, filan yerdə, filan tədbiri keçirmək barədə qərar qəbul etmişik. Xahiş edirik buna şərait yaradasınız. BŞİH siyasi partiyalara məsləhət verir ki, bu dövrdə bu məsələ ilə bağlı hər hansı tədbir, mitinq keçirmək məsləhət görülmür. Qarabağ, sosial problemlərlə də bağlı bu cür cavab verilir. Axı sən kimsən ki, ehtiyac görmürsən».

Milli Məclisin payız sessiyasının ilk iclasında deputat İqbal Ağazadə belə deyib. «Siyasi partiyalar haqqında» qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasını zəruri sayan millət vəkili əlavə edir ki, Azərbaycan qanunları və konstitusiyanın siyasi partiyalara verdiyi imkanları BŞİH tanımalıdır.

Onun fikrincə, bu və digər qanunsuzluqlara son qoymaq üçün payız sessiyasında «Sərbəst toplaşma azadlığı haqında» qanuna da ciddi dəyişikliklər edilməlidir. Bəzi müddəalar konkretləşdirilməlidir.

Deputatlar Fəzail Ağamalı, Fazil Mustafa da «Siyasi partiyalar haqqında» qanun layihəsinin payız sessiyasında müzakirəyə çıxarılmasını zəruri sayıblar.

Azərbaycanda «Siyasi partiyalar haqqında» qanun 1992-ci ildə qəbul olunub. Parlamentin əvvəlki sessiyalarında da iqtidarlı müxalifətli bir çox deputatlar bu sənədin yenilənməsinə ehtiyac olduğunu bildirsələr də, qanun layihəsi müzakirəyə çıxarılmayıb.
XS
SM
MD
LG