Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

Tacikistan prezidenti qızını nazir müavini qoyub


Tacikistan prezidenti Emoməli Rahmon qızını Xarici İşlər nazirinin (XİN) müavini təyin edib.

Ozoda Rahmonova əvvəllər nazirliyin konsulluq bölməsində işləyirdi.

Onun təyinatı Mərkəzi Asiya ölkələrində ailə hakimiyyətini saxlamaq ənənəsinin davamı hesab olunur.

Buna qədər Özbəkistan prezidenti İslam Kərimovda qızını ölkəsinin XİN-nin müavini qoyub, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı isə hakim partiyanın hüquqşünasıdır.

Tacikistan prezidentinin ümumilikdə 7 oğlu, 2 qızı var. Onun böyük oğlu Gənclər Birliyinin sədr müavinidir.
XS
SM
MD
LG