Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:54

Məhkəmə Ehud Barakın həbsinə order vermədi


Britaniya məhkəməsi İsrailin müdafiə nazirinin həbsi üçün order verməkdən imtina edib. Ehud Barak Londonda olsa da məhkəmə bildirib ki, İsrail hökumətinin rəsmisi kimi nazirin diplomatik toxunulmazlığı var.

Nazirin həbs olunmasını Fələstin tərəfdarları istəyirdi. Onlar bildirir ki, Ehud Barak bu ilin yanvarında Qəzzada əməliyyatlar zamanı hərbi cinayətlərə görə məsuliyyət daşıyır.

Həmin əməliyyatda təxminən 1500 fələstinli ölüb.

Bu yaxınlarda BMT araşdırması göstərib ki, münaqişənin hər iki tərəfi Qəzzada hərbi cinayət törədib.
XS
SM
MD
LG