Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Piter Semnebi Azərbaycana gəlib


«Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəqqiyə nail olacağımıza ümid edirəm».

Bunu Azərbaycana bir günlük səfərə gələn Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Dağlıq Qarabağ münaqişəsi arasında bağlılıq olub-olmadığı barədə sualı cavablandıran Piter Semnebi bildirib ki, bu əlaqə barədə mühakimə yürütmək istəmir, lakin ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəqqiyə nail olunacaq.

Piter Semnebinin səfəri zamanı Azərbaycan hakimiyyəti ilə mütəmadi məsləhətləşmələr aparılacaq. /APA/
XS
SM
MD
LG