Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:49

ABŞ İraqdan qoşunlarını çıxarmağa hazırlaşır


Oktyabrın sonuna qədər İraqdan 4 min Amerika hərbçisi çıxarılacaq.

Bunu Konqresdə dinləmələr zamanı ABŞ-ın İraqdakı qüvvələrinin komandanı, general Rey Odierno deyib.

Hərbçilər çıxarılandan sonra İraqda təxminən 120 min amerikalı əsgər qalacaq.

Bəzi xəbər agentlikləri Odeirnonun hesabatına istinadən bildirirlər ki, gələn ilin sentyabrına kimi Amerika İraqdan bütün hərbi hissələrini çıxaracaq. İki ölkə arasında razılaşmaya görə hərbi heyət tamlıqla İraqı 2011-ci ildə tərk etməlidir.

2003-cü ilin martın bu yana İraqda 4 mindən artıq ABŞ hərbçisi ölüb.
XS
SM
MD
LG