Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:53

Samoa adalarında 80-dən çox adam ölüb


Sakit okeanın Samoa adalarında sunami zamanı 80-dən çox adam ölüb. Samoada 8 bal gücündə zəlzələ olub, nəticədə yaranan böyük dalğalar bəzi kəndləri yuyub aparıb.

Polis Samoa adasında 63 nəfərin öldüyünü təsdiqləyib. Azı 20 nəfər isə Amerika Samoasında ölüb.

ABŞ prezidenti Barak Obama Amerika Samoasını «fəlakət zonası» elan edib. Hökumət zərərçəkənlərə yardım ayırıb.

Yeni Zelandiya və bir neçə kiçik adada da sunami təhlükəsi var.



XS
SM
MD
LG