Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:11

İran nüvə fəaliyyətini 1 saniyə belə dayandırmayacaq


Uran zənginləşdirilməsilə bağlı yeni zavod da daxil olmaqla İran cümə axşamı Cenevrədə 6 ölkəylə aparılacaq danışıqlarda nüvə hüquqlarını müzakirə etməyəcək.

Bunu İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib.

O qeyd edib ki, İran uran zənginləşdirilməsilə bağlı fəaliyyətini bir saniyə də olsun dayandırmayacaq.

İran parlamenti isə bəyanat yayaraq bildirib ki, əgər Qərb ölkələri keçmiş səhvlərini təkrar etsələr Tehran əməkdaşlığı poza bilər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG