Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:54

Məcidova bacılarının müəmmalı qətli ilə bağlı apellyasiya şikayətinə baxılıb


Ekspert kanaldan tapılan meyitin Reyhanə Məcidovaya aid olmadığını təsdiqləyib. Bunu təsdiqləyən rəyi Sumqayıt Apellyasiya Məhkəməsində Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarının qətlində təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Zamir Məcidov təqdim edib. Hakimsə rəyi qəbul etməyib.

Zərərçəkmiş bir daha məhkəmənin nəzərinə çatdırıb ki, Samur-Abşeron kanalının Siyəzən istiqamətindən tapılan meyit qızı Reyhanəyə məxsus deyil.
Dəvəçi rayonu, Dağbilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacıları 2007-ci ilin avqust ayının 6-da müəmmalı şəkildə yoxa çıxıblar.
İstintaqın və məhkəmənin gəldiyi nəticəyə görə, Nailə Məcidovanın meyiti 2007-ci il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. Reyhanə Məcidovanın meyiti isə indiyədək tapılmayıb. İstintaq hər iki bacının Qələgah kənd sakinləri olan Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları tərəfindən zorlanaraq qətlə yetirildiyi qənaətinə gəlib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Təvəkkül İsmayılova ömürlük, Elnur İsmayılova 6, Elçin İsmayılova isə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Bacıların qətlində təqsirləndirilənlərdən biri Təvəkkül İsmayılovsa məhkəmənin nəzərinə çatdırıb ki, həmin qətllərdə əli olmayıb.
Zərərçəkmiş Zamir Məcidov AzadlıqRadiosuna açıqlamasında bildirib ki, bundan sonra Avropa Məhkəməsinə müraciət edəcək.
XS
SM
MD
LG