Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:35

Tehran nüvə zavodunda yoxlamanın vaxtını təyin edəcək


İran uran zənginləşdirilən yeni zavodunda beynəlxalq yoxlama aparılmasının vaxtını təyin edəcək.

Amma 239 deputatın imzaladığı bəyanatda xəbərdarlıq edilir ki, əgər Qərb əvvəlki səhhvlərini təkrar eləsə Tehran əməkdaşlığı poza bilər.

İran cümə axşamı Çenevrədə BMT-nin təhlükəsizlik şurasının 5 daimi üzvü və Almaniyayla onun nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə etməlidi.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.

İranın bu günlərdə uzaq mənzilli raketlərin sınağını keçirməsi vəziyyəti daha da qəlizləşdirib.
XS
SM
MD
LG