Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:57

Masallıda sel 2000-dən artıq evə ziyan vurub


Sentyabrın 27-28-də yağan leysan Masallının 21 kəndində 2000-dən artıq evə ziyan vurub. Sentyabrın 29-da leysandan sonra enerji təchizatında yaranan problem qismən aradan qaldırılıb. Artıq 15 kəndə enerji verilişi bərpa olunub.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Abıyev AzadlıqRadiosuna bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün qonşu rayonlardan Masallıya ağır texnika gətirilib. İndi həyətlərdən suların nasoslarla çəkilməsi davam edir:

- 54 ev qəzalı durumdadır, 25 ev isə tamamilə dağılıb. Bu evlərin sakinlərinə Fövqəladə Hallar Nazirliyi çadırlar təklif edib. İndi dəyən ziyanın məbləği müəyyənləşdirilir. Çox güman, vətəndaşlara kompensasiyalar ödənəcək.

Nadir Abıyevin sözlərinə görə, rayonun əkin sahələrinə və şəxsi təsərrüfatlara da böyük ziyan dəyib. Kəndlərarası yolların və selin törətdiyi digər fəsadların aradan qaldırılması üçün ən azı bir həftə gərəkdir.

Sinoptiklər isə yaxın günlərdə də Azərbaycanda havanın yağmurlu olacağını və dağlıq, dağətəyi rayonlarda leysan gözlənildiyini xəbər verirlər.
XS
SM
MD
LG