Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:46

Parlamentlər birliyinin yeni sədri gənc YAPçı seçilib


Sentyabrın 29-da Türkdilli Dövlətlərin Parlament Assambleyasının toplantısında YAP-ın Gənclər Təşkilatının sədri Ramil Həsənov qurumun Baş katibi seçilib. Qurumun nizamnaməsinə görə, Baş katib 4 il müddətinə seçilir.

Toplantının sonunda Assambleya bəyanat qəbul edib. Sənəddə türkdilli dövlətlərin yeni dünya düzənində birləşməsinin vacibliyi vurğulanır: «Assambleya qurumda birləşən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsiplərini əsas tuturaq dövlətlərin siyasi və iqtisadi münasibətlərinin dərinləşməsinə öz töhvəsini verməkdə qərarlıdır».

Türkdilli Dövlətlərin Parlament Assambleyası 2008-ci il noyabrın 21-də yaradılıb. Qurumun Bakıda keçirilən toplantısında
iştirakçı dövlətlərin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın parlament başçıları iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG