Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:53

2 israilli danışıqlar üçün Vaşinqtona yola düşür


İki İsrail rəsmisi sentyabrın 29-da Vaşinqtona gedir, onların ABŞ-da Fələstinlə sülh danışıqlarını bərpa etməyi müzakirə edəcəklər.

İsrail nümayəndə heyətinə baş nazir Benjamin Netanyahunun əsas köməkçisi və Müdafiə nazirliyinin rəsmisi daxildir.

Onların sentyabrın 30-da ABŞ-ın Yaxın Şərqdəki xüsusi nümayəndəsi Corc Mitçellə görüşü planlaşdırılır.

Vasitəçi Saeb Erakatın rəhbərlik etdiyi Fələstin heyətinin isə Mitçellə görüşü oktyabrın 2-si baş tutacaqş

ABŞ prezidenti Barak Obama ötən həftə bildirib ki, o, münaqişə tərəflərindən danışıqlar üçün vasitəçilərini Vaşinqtona göndərməsini istəmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG