Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:19

Ağ Ev İranın raket sınağını «təxribat» adlandırıb


Qərb dövlətləri və Rusiya İranın raket sınaqlarından narahatlığını bildirib.

İranın İnqilab Qvardiyası sentyabrın 28-də 2 min kilometr məsafəyə uçan uzaq mənzilli raketlərini sınaqdan keçirdiyini bildirib.

Bu raketlərin uçuş məsafəsinə İsrail, Avropanın bir hissəsi və ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları düşür.

Ağ Ev və Fransanın XİN-yi İranın raket sınağını «təxribat» adlandırıb.

Belə ki, İran rəsmiləri dünyanın 6 güc dövləti ilə oktyabrın 1-də Cenevrədə mübahisəli nüvə proqramını müzakirə etməlidir.

Rusiyanın XİN Sergey Lavrov İranı təmkinli olmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG